Yazını böyüt
Yazını kiçilt
Səhiyyə naziri Fahrəddin Koca sosial media hesabında etdiyi paylaşımda "Eris" variantının Türkiyəyə çatdığını bildirib.
Hafta.az-ın yazdığına görə, nazir Kocanın Twitter-dəki paylaşımı belədir: "Narahat səbəbi hiss edilməyəcək bir inkişafdır. Az virulentliyə malik olduğunu bildiyimiz "Eris" variantı Referans Laboratoriyamızda aparılmış müayinədə 9 nəfərdə müşahidə olunub. Onlar xaricdən gələnlər və eyni zamanda təmasda olan şəxslərdir. Mövcud tədbirlərə və gündəlik həyatımıza davam edəcəyik.
Bu vəziyyət başqa ölkələrdə adi haldır və bizdə də ola bilərdi. Biz ağsaqqallarımızı və xroniki xəstələrimizi qoruyacağıq”.