"Facebook" adını dəyişir

09:00 20.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Facebook" sosial şəbəkəsi, "İnstaqram" xidməti və "WhatsApp" mesencerinin sahibi olan ABŞ-ın "Facebook" korporasiyası gələn həftə adını dəyişdirməyi planlaşdırır.

 

Hafta.az-ın məlumatına görə, bu barədə "Verge" portalı mənbələrə istinadən xəbər verir.

 

Məlumata əsasən, "Facebook"un bununla bağlı planlarını oktyabrın 28-i keçiriləcək konfransda elan edəcəyi gözlənilir.

 

Qeyd edilir ki, "Facebook"un yeni adı "metakainat" konsepsiyasına uyğun olacaq.

Oxunma sayı 25