Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Ordusunun birləşmə və hissələrində nümunəvi xidməti ilə fərqlənən bir qrup hərbi qulluqçu "Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu"nun qəbul imtahanlarına cəlb olunub.
Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, fiziki hazırlıq və nəzəri sınaq imtahanlarında yüksək nəticələr əldə edən namizədlər kursa qəbul olunacaqlar.
Kursu müvəffəqiyyətlə başa vuranlara "kiçik leytenant" hərbi rütbəsi verilməklə ixtisaslarına uyğun zabit vəzifələrində xidmətlərini davam etdirəcəklər.