“Kanal 12” tv-nin analitiki Nir Dvori Qəzzada son 24 saatda 14 İsrail əsgərinin ölümündən sonra "İsrail ordusu indiyə qədər qarşıya qoyduğu hədəflərə çatdımı? İsrailin Qəzzada sınaqdan keçirdiyi model" başlıqlı məqalə yazıb.
Hafta.az-ın yazdığına görə, həftə sonu tətilində Qəzzada 14 əsgərin öldüyünü xatırladan Dvori, işğal altındakı bölgələrdə belə İsrail əsgərlərini izləmək və tunellərdən tank əleyhinə raketlər və ya RPG güllələri atmaq gücünə sahib olan Həmas döyüşçülərinin İsrail qüvvələri arasında can itkisinə səbəb olduğunu bildirib.
“Həqiqətən də Həmas çox yaxşı tanıdığı bölgədə partizan döyüşündəki üstünlüyündən istifadə edir” deyən Dvori sözlərinə belə davam edib: "Qəzza zolağının ortasında və cənubunda şiddətli toqquşmalar var. İsrail qüvvələri hələ də uzun müddətdir müqavimət qüvvələrinin hazırladığı müdafiə xəttini yarmağa çalışır. İsrail əllərində olan məqamdan istifadə etməyə çalışır. Qəzzanın şimalına girib və bölgəni modelləşdirir".
Dvori iddia edib ki, bu modelin həyata keçirilməsi İsrail ordusunun Qəzzanın şimalına demək olar ki, tamamilə “nəzarət etdiyi” və Həmas-ın orada olmadığı üçün mümkün olub.
Beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək Qəzzanın şimalında humanitar yardımların paylanmasından məsul olan yerli əhalidən ibarət bir qurumun yaradılmasının məqsədyönlü olduğunu qeyd edən Dvori, bu qurumun gələcəkdə Qəzzada işlərin idarə olunmasını öz üzərinə götürə biləcəyini qeyd edib.