"Kəşmirdə vətəndaş azadlıqları tam təmin olunub" - Kəşmir prezidenti (EKSKLÜZİV)

13:20 24.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Azad Kəşmirdə bütövlükdə həyat standartları çox yüksəkdir. Adambaşına düşən gəlirin səviyyəsi yüksəkdir və Pakistanda ən yüksək savadlılıq dərəcəsi məhz bizim Azad Cammu və Kəşmir ərazisindədir".

Bu sözləri Hafta.az-a eksklüziv müsahibəsində Azad Cammu və Kəşmirin prezidenti Sərdar Məsud Xan deyib. Prezident bildirib ki, bu gün Kəşmirdə yeni texnologiyalar da daxil olmaqla qabaqcıl fənlər üzrə ali təhsil verən beş dövlət universiteti fəaliyyət göstərir. "Yaxın keçmişdə iqtisadi tərəqqi infrastrukturun inkişafı, su elektrik enerjisi istehsalı, turizmin təşviqi, bütövlükdə sənayenin artımı və kənd təsərrüfatı sahəsində innovasiyalara diqqət yetirməklə başladı. Eyni zamanda, Azad Kəşmir səhiyyə sistemin yenilənməsi, gender bərabərliyi və yoxsulluğun aradan qaldırılması kimi insan inkişafı göstəricilərini yaxşılaşdırmağa çalışır. Vətəndaş azadlıqları və əsas azadlıqlar təmin edilir. O cümlədən, sizin də maraq sahəniz olan media tam azaddır" deyən cənab Sərdar Məsud Xan əlavə edir ki, demokratik prosesin davamlılığını təmin etmək üçün mütəmadi olaraq seçkilər keçirilir. O cümlədən, bu yaxınlarda yeni hökumətin qurulması ilə nəticələnmiş azad və ədalətli seçkilər keçirilib ki, nəticəsi çox şəffaf olub.

Oxunma sayı 1247
Siyasət rubrikasından digər xəbərlər