"Paşinyanı devirmək üçün İrəvana QARABAĞDAN SİLAHLI DƏSTƏLƏR GƏTİRİLƏCƏK" - RUSİYADAN XƏBƏRDARLIQ

15:02 04.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bu gün Ermənistanda fəaliyyət göstərən müxalifət “Qarabağ klanı”dır, sadəcə olaraq, onun liderləri Robert Köçəryan və Serj Sarkisyan öz siyasətlərinin növbəti uğursuzluğundan sonra bir az kölgəyə gedib prosesləri oradan idarə etməli oldular. Qabağa isə gənc, yeni və onlardan fərqli olaraq bulanıq olmayan parlament sədrinin müavini İşxan Saqatelyanı verdilər.

Hafta.az xəbər verir ki, bu fikirləri Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko deyib.

Onun sözlərinə görə, müxalifət təbii ki, Qarabağın statusu mövzusundan Paşinyana qarşı istifadə edir. Və qondarma “yeni Qarabağ hərəkatı”nın yaradılması bir növ bu istəyi rəsmiləşdirir:

"Birincisi, müxalifət üçün Paşinyanın İkinci Qarabağ müharibəsində məğlubiyyət mövzusunu təbliğ etməyə davam etmək vacibdir. “Qarabağı təslim etmək” məsələsi bu tezisi davam etdirir və gücləndirir. Çünki erməni cəmiyyətində hələ də kifayət qədər revanşist təfəkkürlü təbəqələr var. Müxalifət cəmiyyəti süni şəkildə qızışdırmağa, psixikaya təzyiq göstərməyə, kiminsə üçün - ağrıyan yerindən vurmağa çalışır. Müxalifət, üstəlik, bununla da Ermənistan cəmiyyətində qisas ümidini gücləndirməyə çalışır.

Üçüncüsü, bu, müxalifət Qarabağ ermənilərindən də istifadə etməyə cəhd göstərir. Onlar da hesab edirlər ki, Paşinyan onlara xəyanət edir. Bunun fonunda müxalifət deyir ki, biz indi sizin müdafiəçiyik, fəaliyyətə hazırıq. Müxalifət indi Qarabağda mitinqlər təşkil edir, Qarabağda “partlayış” onlara ancaq xeyir verəcəkYeri gəlmişkən, istisna etmirəm ki, müxalifət dövlət çevrilişinə cəhd etmək istəsə, Qarabağ yaraqlılarını İrəvana və bölgələrə gətirəcək".