Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq 23-24 may tarixlərində Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə birlikdə Şuşa şəhərində səfərdə olub.

Hafta.az-ın yazdığına görə, Almaniya səfiri Şuşaya səfəri zamanı mədəni irsin yenidən qurulması və bərpası prosesilə yaxından tanış olub. Diplomat qeyd edib ki, regionun bütün sakinlərinin dinc yanaşı yaşamasının alternativi yoxdur.
"Qonşuluqda birgəyaşayış həm də, hər kəsdən köhnə stereotiplərdən və mənfi hallardan azad olmağı, paylaşılan yaxşı təcrübələrə açıq olmağı tələb edir. Bu müstəvidə Almaniya prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin müşaiyyətilə aparılan danışıqları alqışlayır", - səfir bildirib.