İsrail tərəfi Qəzzada apardıqları müharibə zamanı məşhur “Şəfa” xəstəxanasına da, orada Həmas döyüşçülərinin olduğunu əsas gətirərək hücum edib. Xəstəxana binası ələ keçirildikdən sonra isə hücuma əsaslandırmaq üçün xəstəxananın altında tikilmiş yeraltı sığınacaqları lentə alaraq telekanallarda yayımlayıb, Həmas-ın buranı qərargah kimi istifadə etdiyini bildirib.
Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, İsrailin keçmiş baş naziri Ehud Barak adıçəkilən telekanala müsahibəsində “Şəfa" xəstəxanası ilə bağlı müəmmalara aydınlıq gətirib. "Uzun illərdir ki, “Şəfa”nın altında israilli inşaatçılar tərəfindən tikilən sığınacaqlar var və bunlardan Həmasın qərargahı kimi istifadə edildiyi məlumdur”.
Telejurnalistin keçmiş baş nazirə “tunelləri İsrail tikib” deməklə rəhbərliyinizi təkzib etmiş olmursunuzmu, bəlkə yanlış ifadə etdiniz” düzəltməsinə cavab verən Barak, "Qətiyyən. Biz hardasa 40 və ya 50 il əvvəl bu sığınacaqların tikintisinə kömək etdik ki, xəstəxananın kampusun məhdud ərazisində fəaliyyət göstərməsi üçün daha çox yer yaransın" deyib.
Oktyabrın 15-də səhər saatlarında İsrail ordusu Qəzzada minlərlə xəstə və köçkün mülki vətəndaşın yerləşdiyi bölgənin ən böyük səhiyyə müəssisəsi olan “Şəfa” xəstəxanasına basqın edib.
İsrailin tənqidlərə səbəb olan basqından sonra tunel və sursat anbarları yerinə binada tapdığını iddia etdiyi paslı silahları və bir neçə kameranı sübut kimi təqdim edib.