3 ölkənin parlamentarilərinin Şuşa toplantısı başa çatıb

15:50 22.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üzvlərinin Şuşada keçirilən yeddinci toplantısı başa çatıb.

Hafta.az bildirir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç sosial şəbəkədə məlumat yayıb.

O qeyd edib ki, toplantını 28 illik həsrətdən sonra azad edilən Şuşada gerçəkləşdiriblər.