Rusiyadakı demoqrafiya probleminin orta müddətli perspektivdə əmək qabiliyyətli əhaliyə mənfi təsir göstərə biləcəyi vurğulanır.
Hafta.az-ın “Komsomolskaya Pravda”ya istinadən yazdığına görə, ölkədə 30-39 yaş qrupu üzrə mütəxəssislərin sayının 2030-cu ildə bu günlə müqayisədə 30 faiz (7,2 milyon nəfər) azalacağı gözlənilir.
Mövzu ilə bağlı məlumatları paylaşan Baş nazirin müavini Tatyana Qolikova bu yaş qrupundakı işçilərin ən çox tələb olunan kadr qrupu olduğuna diqqət çəkib. Xəbərdarlıq edilir ki, mütəxəssis işçilərin sayının azalması ölkədə kadr çatışmazlığını daha da dərinləşdirəcək və həm də peşəkar təcrübənin ötürülməsində problemlər yaradacaq.
Əmək Nazirliyinin məlumatlarına görə, Rusiyada 2030-cu ilə qədər istehsal sənayesində 800 min, konversiya və saxlama sahəsində 400 min, səhiyyə və sosial xidmətlərdə 285 min əlavə kadr tələb olunacağı təxmin edilir. Elm və tədqiqat fəaliyyəti və İnformasiya Texnalogiyası sahəsində də 430 min əlavə işçiyə ehtiyac yaranacaq.