50 yaşlı kişi protez qoluna peyvənd vurdurmaq istəyib

22:52 03.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın Biella şəhərində 50 yaşında kişi protez qoluna koronavirusa qarşı peyvənd vurdurmaq istəyib.

Hafta.az xəbər verir ki, bu barədə region rəhbəri Piemont Alberto Çirio Feysbuk səhifəsində məlumat verib. O bildirib ki, vətəndaşın protez qolu təbii görünsə də, səhiyyə içisinin toxunuşu zamanı onun saxta olduğu üzə çıxıb.

Kişi tibb işçisinə hadisəyə göz yummağı xahiş etsə də, onun cəhdləri boşa çıxıb. Hadisə ilə bağlı prokurorluğa məlumat verilib.

Qeyd edək ki, sözügedən şəxs peyvənddən imtina etdiyinə görə işdən uzaqlaşdırılan keçmiş tibb işçisi olub.

Oxunma sayı 35