“Erməniləri Azərbaycan ərazilərindən heç kim qovmayıb, onlar özləri gedib. Sual olunur: Azərbaycan xalqı öz torpaqlarından vəhşicəsinə qovulanda, çadırlarda yaşayanda, əraziləri 30 il işğal altında qalanda, tarixi, mədəniyyət abidləri dağıdılanda, qətliamlara məruz qoyulanda hardaydınız? Nə üçün Xocalı soyqırmını tanımadınız?”
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Musa Qasımlı bildirib.
M.Qasımlı bildirib ki, 907-ci düzəlişin aktivləşməsi Azərbaycana qarşı düşmənçilik aktıdır, ədalətsizdir, qərəzlidir. Bu sənəd separatizmi dəstəkləyir.
Deputat eyni zamanda hesab edir ki, bu, bəribaşdan Azərbaycan ictimaiyyəti tərəfindən cırılıb atılmış kağız parçasıdır.
“ABŞ özünün başlıca prinsipi kimi ədaləti elan edib. Amma biz son 30 il müddətində bunu görmədik. ABŞ Azərbaycanı işğalçıya qarşı apardığı mübarizədə çaldığı qələbəyə görə təbrik etmək əvəzinə, qərəzli mövqe sərgilədi.
ABŞ Azərbyacanın müstəqil siyasət aparıb, qonşularla normal münasibətlər yaratmasını istəmir. Bu sənəd ABŞ-ın uzunmüddətli dövlət siyasətinə ziddir”.