İsveçdə mühacirlərlə bağlı qanun mübahisə yaradıb

09:15 13.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsveçdə dövlət işçilərinin sənədsiz immiqrantlar haqqında hesabat verməsini tələb edən tənzimləmə mübahisələrə səbəb olub.

Hafta.az-ın “The Conversation”a istinadən yazdığına görə, tənzimləmə, radikal sağçı İsveç demokratları tərəfindən hazırlanan və 2022-ci ildə üç sağçı partiyanın imzaladığı razılaşma çərçivəsində gündəmə gətirilib. Həmin il keçirilən seçkilərdə İsveç demokratlarının xarici dəstəyi ilə Mötədil Birlik Partiyası, Xristian Demokrat Partiyası və Liberal Partiya arasında koalisiya hökuməti qurulub.

Mühacirətə qarşı siyasətləri ilə tanınan İsveç Demokratları ölkənin ikinci ən böyük partiyası olduqdan sonra sözügedən tənzimləmə yenidən gündəmə gətirilib.

“Guardian”ın xəbərinə görə, dövlət tərəfindən təyin edilmiş komissiya bu tənzimləməni qanun layihəsinə çevirmək üçün çalışır. Prosesin hələ erkən mərhələdə olduğuna diqqət çəkən xəbərə görə, tənzimləmə qanunlaşarsa, İsveçdə diş həkimindən müəllimə qədər təxminən 1 milyon işçi qeyri-qanuni immiqrantları bildirmək məcburiyyətində qala bilər.

Opponentlər belə bir vəziyyətdə müəllimlərin tələbələrinə, həkimlərin isə xəstələrinə “götürməli” olacağını bildirərək, bu qaydanı “informator qanunu” adlandırıblar.

Qeyri-qanuni immiqrantların hüquqlarını qoruyan Brüsseldə yerləşən Sənədsiz Mühacirlər üçün Beynəlxalq Əməkdaşlıq Platformasından Michele LeVoy bunun mühacirlərin təhsil və səhiyyə xidmətlərindən faydalanmasını çətinləşdirəcəyini müdafiə edir və deyir: “Bu təklif tamamilə qeyri-insanidir. Onlar məktəbə, xəstəxanaya və ya kitabxanaya gedəndə qorxuya düşəcəklər".

İsveçin Malmö Universitetində immiqrasiya üzrə təhsil alan Jakob Lind, belə bir qanun layihəsinin sənədsiz miqrasiyanın qarşısını almaq üçün faydasız olacağını müdafiə edir və aşağıdakı qiymətləndirmələri paylaşır: "Bir çox insan buradan getməyəcək. Sadəcə daha çox bədbəxtliyə sürüklənəcəklər. Sizin nəzərdə tutduğunuzun əks təsiri cəmiyyətə olacaq. Onlar həssas insanlarla daha az təmasda olacaqlar, həssaslıqları artıracaq və istismara daha da həssas olacaqlar".

Ölkənin müxtəlif bölgələrində 150-yə yaxın bələdiyyə, birlik və qeyri-hökumət təşkilatının bu plana qarşı çıxdığına diqqət çəkən alim “Bu məsələ ətrafında unikal ittifaq yaranıb, çox əsas məsələyə çevrilib” deyir.

İsveç Tibb Birliyindən Sofia Ridgren Stal də bu tətbiqin tibb baxımından yanlış olacağını müdafiə edir və “Mən insanlara kömək etmək üçün həkim olmuşam, onlara casusluq edib xəbər vermək üçün deyil” deyir.