AB Əsədin daha 4 nazirinə sanksiya tətbiq edib

18:32 15.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı (Aİ) Suriyadakı Bəşər Əsəd rejiminin daha 4 nazirini sanksiya siyahısına saldığını açıqlayıb.

Hafta.az xəbər verir ki, qurumdan verilən yazılı açıqlamaya görə, siyahıda daxili ticarət naziri Əmr Salem, informasiya naziri Butros əl Hallaq, əmək naziri Məhəmməd Seyfəddin və dövlət naziri Diala Barakatın adları var.

Açıqlamada həmçinin bildirilib ki, AB sanksiyalarının məqsədi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 2254 saylı qətnaməsinə uyğun olaraq Suriya böhranına daimi siyasi həll yolu gətirmək üçün rejimə təzyiq etməkdir.

Aİ-nin sanksiya siyahısına Əsəd rejiminin 290-a yaxın rəsmisi və iş adamı, həmçinin 70 qurum və şirkət daxildir. 2011-ci ildən bəri Əsəd rejiminə qarşı tətbiq edilən sanksiyalara səyahət qadağası və Aİ-dəki aktivlərinin dondurulması daxildir. Aİ həmçinin Əsəd rejiminə investisiya məhdudiyyətləri, Suriya Mərkəzi Bankının Aİ-dəki aktivlərinin dondurulması, bəzi avadanlıqların satışına məhdudiyyətlər, eləcə də neft idxalına qarşı qadağalar kimi sanksiyalar tətbiq edib.