“Bu gün dünyada baş verən bütün kataklizmlərin müəllifi ABŞ-dır. ABŞ bütün dünyanı özünə tabe etmək istəyir. Qafqazın açarı olan Azərbaycanın müstəqil siyasət yürütməsinə qıcıqlanır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında millət vəkili Fəzail Ağamalı ABŞ Senatında Azərbaycana qarşı qəbul olunan aktla bağlı bildirib.
F.Ağamalı qeyd edib ki, ABŞ Azərbaycandan bir plastarm kimi istifadə edib, Rusiyanı regiondan sıxışdırmaq istəyir. Eləcə də, Ermənistanı silahlandırmaqla bu ölkəni yeni faciələr sürükləyir.
“Bu gün Ermənistan özünün yeni faciələrinin astanasındadır. Ermənistan 30 il silahlandırıldı. Nəticədə Ermənistan hərbi meydanda darmadağın edildi, rəzil bir vəziyyətə düşdü. Ermənistan yenidən revanşist addımlar atarsa, dəmir yumruq başında çatlayacaq”.
Deputat bildirib ki, ABŞ-ın Azərbaycana qarşı 907-ci düzəlişi aktivləşdirməsi, əslində Bayden Admnistrasiyası siyasətinin ifadəsidir.
“Azərbaycanın bu cür düzəlişlərə ehtiyacı yoxdur. Azərbaycan başladığı yola uğurla davam edəcəkdir”.
F.Ağamalı ABŞ-ın iki ştatının vətəndaşlığından imtina etdiyini bəyan etdi.