ABŞ dünyanın müxtəlif ölkələrində öz qırmızı xəttini qoruyan ölkələri hədəfə alıb - Tural Gəncəliyev

13:40 21.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“907-ci düzəlişi gündəmə gətirməsi, ABŞ-ın bədxah, ikiüzlü siyasətidir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Tural Gəncəliyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildiyi bir dövrdə belə bir düzəliş qəbul olunmuşdu. Sonradan dondurldu. Amma yenidən dirçəldi. Onun fikrincə, ABŞ senatında aparılan dinləmələr bu cür beynəlxalq ədalət kontekstində də çox gülün görünür.

“ABŞ rəsmisi Azərbaycana dair absurd fikirlər səsləndirir. Ermənilərin Qarabağdan zorla köçürüldüyünü deyir. Bu da ABŞ-ın əsl mahiyyətini ortaya qoyur.

ABŞ dünyanın müxtəlif regionlarında desturuktiv mövqe qoyan bir ölkədir. Ən çox təcavüzkar olan ölkədir. Bütün bunlar göstərir ki, ABŞ dünyanın müxtəlif ölkələrində öz qırmızı xəttini qoruyan ölkələri hədəfə alıb”.

Oxunma sayı 45
Siyasət rubrikasından digər xəbərlər