ABŞ ən etibarlı tərəfdaşını itirəcək - Səməd Seyidov

13:39 21.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bizə qarşı iki cəbhədə müharibə aparılır. Bu, cəbhələrdən biri, birbaşa təcavüz, separatçılıqla bağlıdır. Biz onlara qalib gəldik. İkinci cəbhə gələcək baxışlarımıza, ədalətə təcavüz edir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Səməd Seyidov bildirib.

Deputat 907-ci düzəlişin Azərbaycana qarşı tətbiq edilməsini ədalətsizlik rəmzi kimi qiymətləndirilir.

“Ona görə ki, Ermənistan bizim torpaqları işğal etdi, amma sanksiyaları bizə qarşı tətbiq etdilər. Ona görə ki, Qərb ədaləti görmək istəmir. 15 noyabr qərarı -“Ermənistanın müdafiəsi aktı” Azərbaycanı sanksilayalar altına salmaq məqsədi daşıyır. Hər bir Azərbaycanalının şüurunda ədalətsizlik rəmzi olan 907-ni dirçəldib, yenidən tətbiq etmək ikili standartların, qərəzin təzahürüdür”. 

S.Seyidov bəyan edib ki, bu sənəd imzalanarsa ,ABŞ-Azərbayacan münasibətlərinə ciddi zərbə vurulacaq.

“Lakin bu dəfə Azərbaycan güclüdür. Bu dəfə zərbə ABŞ-a dəyəcək. Ona görə ki, bu layihədə ABŞ, enerji təhlükəsizliyi ilə bağlı aparılan işlərdən kənarda qalacaq.

Güclü, müstəqil Azərbaycan öz yolu ilə gedəcək. Türk dünyasının öz yolu ilə getməsinin qarşısını heç kim ala bilməyəcək. Amma ABŞ ən etibarlı, tərəfdaşını itirəcək”