ABŞ səfirliyi: ANAMA əməkdaşının mina partlayışı nəticəsində xəsarət alması bizi kədərləndirdi

23:27 05.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Ağdam rayonunda minaların zərərsizləşdirilməsi sahəsində çalışan mütəxəssisin xəsarət alması xəbəri bizi kədərləndirdi.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi "X" hesabında məlumat yayıb.

"Biz ona ona ən tez zamanda sağlamlığına qovuşmağı arzu edirik. Biz həmçinin minalardan həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Birləşmiş Ştatlar Azərbaycana ərazilərin minalardan təmizlənməsi işində yardım edən sadiq tərəfdaşdır. 2021-ci ilin noyabr ayından etibarən ABŞ münaqişədən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 3,5 milyon dollar ayırıb", - deyə qeyd olunub.

Oxunma sayı 44
Siyasət rubrikasından digər xəbərlər