ABŞ strateji neft ehtiyatlarını istifadə edəcək

18:39 23.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Bayden strateji ehtiyatlardan 50 milyon barel neftin istifadəsi ilə bağlı qərar verib. Hafta.az-ın məlumatına görə, bu barədə Ağ Ev məlumat yayıb.

Açıqlamada bildirilir ki, ABŞ Energetika Nazirliyi yanacağı buraxmaq üçün hazırlayacaq. Bu qərar ABŞ vətəndaşları üçün neftin qiymətini aşağı salmaq, həmçinin kovid pandemiyasından sonra bazarda tələb və təklifi tarazlaşdırmaq məqsədilə qəbul edilib.

Qeyd olunur ki, Birləşmiş Krallıq, Çin, Hindistan, Cənubi Koreya və Yaponiya da daxil olmaqla bir sıra ölkələr ABŞ-la birgə oxşar qərar qəbul edəcək.

"Bu, dünya ölkələri ilə bir neçə həftəlik məsləhətləşmələrin kulminasiya nöqtəsi idi və biz artıq bu işin nəticəsini görürük. Son bir neçə həftə ərzində, bu iş məlum olanda, neftin qiyməti, demək olar ki, on faiz ucuzlaşıb", - prezident bildirib.

Xatırladaq ki, daha əvvəl amerikalı senatorlar Co Baydenə benzinin qiymətinin yüksək olması səbəbindən baha qiymətə neft ixracına qadağa qoyulmasını təklif etmişdilər.