“Bu gün Qarabağdan top, raket səsi yox, qaldırıcı kran, traktor səsləri gəlir, quruculuq işləri gedir, yollar salınır. Budur Prezidentin dövlət, xalq üçün gördüyü işlər”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünükü iclasında deputat Siyavuş Novruzov bildirib.
Deputat ölkədə görülən mühüm işlərə baxmayaraq antimilli qüvvələrin yenə də öz ağalarının tapşırığı ilə müəyyən neqativ addımlar atmaqda davam etdiyini deyib.
“Antimilli qüvvələr ayrı-ayrı dövlətlərə müraciət edib Azərbaycana qarşı sanksiyaların tətbiqini istəyirlər. Bu sanksiyaları heç Ermənistan belə istəmir. Təbii ki, Fransa, ABŞ kimi dövlətlərin Azərbaycana qarşı sərgilədiyi mövqe bəllidir. Lakin daxildə belə addımlar qəbuledilməzdir. Çünki sanksiya Azərbaycan xalqına dövlətinə tətbiq olunur. Lakin hər kəs bir daha anlamalıdır ki, Prezidentin atdığı hər bir addım Azərbaycanın suveren dövlət olduğunu bəyan edir”.