ASAN könüllülərindən növbəti sosial təşəbbüs

17:21 26.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

27 Sentyabr - Anım Günü ilə əlaqədar “Hər damla qan, qurtarılan bir can!” devizi altında qanvermə aksiyası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, aksiya “ASAN xidmət”in, “ASAN Könüllüləri” Təşkilatının və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub.

7 saylı Bakı “ASAN xidmət” mərkəzində gerçəkləşən tədbirdə əməkdaşlar, könüllülər ilə yanaşı, vətəndaşlar da iştirak ediblər. Aksiya zamanı toplanmış qan Mərkəzi Qan Bankına təqdim edilib.