Yazını böyüt
Yazını kiçilt
Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına üzv olması məsələsini 5 ildən 10 ilə qədər təxirə salmağı təklif edib.
Hafta.az-ın yazdığına görə, Orban bildirib ki, bu məsələdə üzv dövlətlər arasında fikir ayrılığı var. Digər tərəfdən, “Politico” jurnalı Macarıstanın rəftarına görə birlik daxilində çat yarana biləcəyini, böhranın yetişməkdə olduğunu yazır.
Jurnalın diplomatik mənbələrə əsaslanan xəbərinə görə, Brüsseldə Macarıstanın “nüvə variantı” adlandırılan səsvermə hüququnun dondurulması da gündəmdədir. Bununla belə, Aİ administrasiyası bu qərarın presedentə çevriləcəyindən və birlik daxilində blokçuluğu artıracağından narahatdır.
Macarıstan Avropa Birliyinin Ukraynaya 50 milyard avroluq yardımını da əngəlləyir.