Azərbaycan əhalisinin sayı açıqlanıb

17:33 13.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il avqust ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10157406 nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən hafta.az-a verilən xəbərə görə, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.