Azərbaycan Ermənistan hərbçisini qaytarıb

14:45 26.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov qarşı tərəfə təhvil verilib.

Hafta.az apa-ya istinadən xəbər verir ki,  bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 22-də Brüsseldə üçtərəfli görüş zamanı əldə edilmiş razılaşmaya uyğun olaraq və Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun vasitəçiliyi ilə Eduard Martirosov mayın 26-da erməni tərəfinə təhvil verilib.