Azərbaycan Prezidentinin təyyarəsi Rize-Artvin hava limanına eniş edib

15:06 14.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri başlayıb.

Hafta.az xəbər verir ki, dövlət başçısının təyyarəsi Rize-Artvin hava limanına eniş edib.

Azərbaycan liderini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Qeyd edək ki, dənizin üzərində inşa edilən nəhəng layihə - Rize-Artvin Hava Limanının bu gün açılış mərasimi keçirilir.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.

Oxunma sayı 16
Siyasət rubrikasından digər xəbərlər