Bakı-Şamaxı-Yevlax avtomobil yolu açılıb

19:38 27.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsində təmir-bərpa işləri başa çatıb, avtomobillərin hərəkətində məhdudiyyət yoxdur.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, ötən gün yağan güclü yağışdan sonra dağlardan gələn sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsi təmirə bağlanmışdı.