Bakıda İƏT PA-nın konfransı keçirilir

15:27 17.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Üçüncü Ümumi Konfransı keçirilir.

 

Hafta.az xəbər verir ki, Milli Məclis sədri Sahibə Qafarova konfransda iştirak edən nümayəndə heyətlərini salamlayıb.

 

Tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edirlər.

 

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Nozirinin başçılıq etdiyi nümayəndə heyəti, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri, Qazaxıstan Parlament Məclisi sədrinin müavini, Qırğızıstan parlamentinin sədr müavini, İran parlamenti sədrinin birinci müavini Azərbaycana gəliblər.