Bakıda SPECA-nın Zirvə görüşü keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB-VİDEO

14:01 24.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

***

Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilir.

Hafta.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edir.

Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.

***

Bakıda SPECA-nın Zirvə görüşü başlayır.

Hafta.az xəbər verir ki, bu gün BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümünə həsr olunan Zirvə görüşü başlayır.

Prezident İlham Əliyev Proqramın üzvü olan ölkələrin prezidentlərini qarşılayır.