Yazını böyüt
Yazını kiçilt
Bu il Bakı şəhəri üzrə 50 ümumtəhsil və 30 məktəbəqədər təhsil müəssisəsinin təmiri başa çatdırılıb.
Hafta.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, həmçinin 1 məktəb və 5 bağçada əsaslı təmir aparılıb:
"Məktəblərimiz yeni tədris ilinə hazırdır".
Mehriban Vəliyeva qeyd edib ki, yeni dərs ilində ilk dərs ulu öndər Heydər Əliyevə həsr olunacaq.
İdarə müdiri həmçinin qeyd edib ki, bu il 1 milyon 850 mindən çox dərslik yerlərə çatdırılıb:
“Eyni zamanda, təhsil müəssisələrinin qış mövsümünə hazırlığı yoxlanılıb. Düşünürük ki, bu il istiliklə bağlı problemimiz olmayacaq".