Bayden pandemiyanın bitmə vaxtını açıqladı

10:37 27.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pandemiya bütün dünyada peyvənd edilməyincə bitməyəcək.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

Bayden deyib ki, koronavirusun yeni ştamı barədə xəbərlər peyvəndin vacibliyini ortaya qoyur.

"Gələn həftə Ümumdünya Ticarət Təşkilatının toplantısında iştirak edəcək ölkələri COVID-19 peyvəndləri üçün əqli mülkiyyətin qorunmasından uzaqlaşmağa çağırıram. Peyvəndlər qlobal miqyasda istehsal olunmalıdır", - ABŞ Prezidenti vurğulayıb.

Oxunma sayı 106