BƏƏ diplomatlarının 46 faizi qadınlardır

09:05 31.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Türkiyədəki səfirliyi ölkədə “Qadınlar Günü” kimi qeyd olunan 28 avqust münasibətilə yazılı açıqlama yayıb.

Hafta.az-ın yazdığına görə, açıqlamada BƏƏ prezidenti Məhəmməd bin Zayed əl-Nəhyanın bütün sektorlarda qadınların varlığını dəstəklədiyi vurğulanıb. Bəyanatda BƏƏ-də universitet məzunlarının üçdə ikisinin qadın olduğu və onların təxminən yarısının informasiya və kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşdığı bildirilib. Buna görə, Marsın kəşfiyyat missiyası qrupunun yüzdə 34-ü, BƏƏ Kosmik Agentliyinin Marsda insansız kosmos araşdırması layihəsi olan "Misbarul Emel"in yüzdə 80-i və BƏƏ Astronavtlar Proqramı qrupunun yüzdə 70-i qadınlardır.

Qeyd olunub ki, ölkədə təhsil və səhiyyə sahələrində ümumi vəzifələrin 75 faizində qadınlar çalışır, qadınların müxtəlif beynəlxalq platformalarda yüksək təmsilçilik hüququ var.

Bəyanatda BƏƏ diplomatlarının 46 faizinin qadın olduğu da vurğulanıb.