Bir ailədən üç uşaq öldü - tısbağa əti yedikləri üçün

19:20 28.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tanzaniyanın Zənzibar əyalətinə bağlı olan Pemba adasında bir ailədən üç uşaq bir andaca ölüb.

Hafta.az-ın yazdığına görə, yerli polis bildirib ki, ölüm hadisəsindən öncə uşaqlar adanın sahil sularında yaşayan tısbağanın ətini yeyiblərmiş. Ona görə də, uşaqların məhz ətdən zəhərlənərək öldükləri ehtimal edilir. 

Pemba Şimal bölgəsi polis idarəsinin rəisi Cuma Sadi deyib ki, sonradan dəniz tısbağası yeyən daha 22 nəfərin də xəstəxanaya aparıldığını öyrəniblər. "Xəstəxanaya aparılanlardan ikisi uşaqdır və vəziyyətləri çox ağırdır", - polis şefi deyib.

Polis rəisi qeyd edib ki, ətdən nümunə alınaraq ekspert müayinəsinə göndərilib. Dəqiq ölüm səbəbləri ancaq ekspert rəyindən sonra bilinəcək.

Bu arada, Pemba adasında əvvəlki illərdə də tısbağa ətindən zəhərlənmə halları yaşanmışdı. 

Oxunma sayı 557