Biz addım-addım vahid birliyə doğru irəliləyirik - Natiq Miri

11:29 27.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın Orta Asiya ilə geoiqtisadi, geosiyasi, mədəni  və digər sahələr üzrə inteqrasiyası Türk Birliyinə aparan bir yoldur. Bu, düşünülmüş bir planın tərkib hissəsidir və biz addım-addım vahid birliyə doğru irəliləyirik”.

Bunu hafta.az-a politoloq Natiq Miri Azərbaycanın Mərkəzi Asiya ilə qarşılıqlı inteqrasiya prosesi və perspektivləri ilə bağlı açıqlamasında bildirib.  

N.Miri qeyd edib ki, vahid birliyə nail olmaq üçün bunu ilk növbədə mənəvi-psixoloji yöndə təmin etmək lazımdır. Çünki xalq ona can atandan sonra dövlət başçıları xalqın istəyini yerinə yetirmək məcburiyyətində qalır.

“Bütün türk cümhuriyyətlərində, türk etnosların vahid birlik şəklində fəaliyyət göstərməsi ilə bağlı ümumi rəy mövcuddur. Yəni türk dünyası toplum olaraq mənəvi-psixoloji cəhətdən bu birliyə hazırdır.  Bu proses gedir. Düşünürəm ki, vahid əlifba, vahid dil məsələsini uyğunlaşdıra bilsək, bu, digər prosesləri daha da sürətləndirəcək. Bu, birliyə aparan bir yoldur. Dünyanın yenidən şəkilləndiyi bir məqamda belə bir gücün varlığı hər bir türk etnosuna, türk cümhuriyyətinə yaxın bir neçə 10 illikdə ayaqda durmaq imkanı tanıyacaq. Bir olaraqısa, güc olarıq. Çünki  Cənubi Qafqaz, Mərkəzi Asiya bütövlükdə Avroasiya deməkdir. Avrosiyaya hökmranlıq edənlər isə, dolayısı ilə dünyanın söz sahibi olur.  Hər zaman dünya siyasətçiləri bu yöndə konkret ideya və mübarizə ortaya qoyublar. Maraqlıdır ki, türk etnosları da Avropanın mərkəzində yerləşən ən böyük etnosdurlar.  Bu, haqq yoludur. Biz haqlı olub Qarabağ müharibəsində qalib gələrkən ilahinin iradəsi də bizim yanımızda oldusa, türk, müsəlman birliyinə doğru birgə addm atdıqca yenə də qalib olacağıq”.

 N.Miri BMT-nin Mərkəzi Asiya ölkələri ilə birgə hazırladığı iqtisadiyyatın inkişafı ilə bağlı SPECA proqramına diqqət çəkib.  O, qeyd edib ki, bu proqramı Azərbaycansız təsəvvür etmək mümkün deyil. 

“Bu gün əksər kommunikasiya xəttləri Orta Asiya və Cənubi Qafqazın strateji ölkəsi olan Azərbaycanla Avropaya çıxış əldə edir. Ona görə də bu məsələdə Avropa İttivaqı, BMT maraqlıdır.  Azərbaycanın hər zaman belə təşəbbüslərlə çıxış etməsi əslində türk cümhur başçılarının bir araya gəlməsi üçün mənəvi, psixoloji, siyasi, iqtisadi bəhanədir. Biz nə qədər tez-tez  görüşsək, dərdlərimizi bölüşsək, problemlərin həlli yollarını düşünüb təmin eləsək,  bu, birliyə daha sürətlə çata biləcəyimizə işarədir. Ona görə də bu gün Orta Asiyanı Azərbaycansız, Türkiyəsiz, Türkiyə və Azərbaycanı Orta Asiyadakı Türk cumhuriyyətləri olmadan təsəvvür etmək mümükün deyil”.

Politoloq bu gün intibah dövrünün Qərbdən Şərqə keçdiyini qeyd edərək, Orda Asiya , Cənubi Qafqaz məsələsinin Çin kimi qlobal güclər üçün də cəlbedici olduğunu önə çəkib. “Bu gün Çin kimi qlobal bir güc Orta Asiya və Azərbaycana möhtacdır”.

N.Miri Xəzər dənizinin birləşdirici əhəmiyyətini xüsusilə qeyd edib.

“Xəzər dənizi vasitəsi ilə kommunikasiyaların işləməsi, rahat ucuz başa gəlir. Xəzər dənizi bir dostluq dənizidir və strateji, birləşdirici əhəmiyyəti var. Xəzər bir tərəfdə Türkmənisatan, o biri tərəfdən Qazağısatanı loqistik baxımdan Azərbaycanla birləşdirir”.

Politoloq eyni zamanda qeyd edib ki, bu gün əksər regionlarda böyük bir xaos yaşanır ki, bu da qlobal güclərin geosiyasi maraqlarının toqquşması ilə əlaqədardır. Ona görə də birliyi, inkişafı təmin etmək üçün cəmiyyətdə stabilliyə ehtiyac var.

“Stabillik dövlətin, iqtisadiyyatın güclənməsi anlımına gəlir. İnkişaf edən bir stabillik hər bir toplumun inkişafı üçün əsas qayədir. Birgəlik pozucu, dağıdıcı ünsürlərin fəaliyətinə əngəl aradacaq bir məqamdır”.

N.Miri qeyd edib ki, Azərbaycan və Orda Asiyadakı bir çox türk cumhuriyyətləri Rusiya tərəfindən yaradılmış milli münaqişələr yaşayıblar.  Lakin türk birliyi inkişaf etdikcə ərazi uğrunda mübarizələr də səngiyib.

“Azərbaycan, Mərkəzi Asiya birliyi ortaya qoymaqla davamlı satabilliyi, inkişadı ortaya qoymaq olar. Azərbaycan öz problemini həll edib.  Türk Birliyi kontekstində Mərkəzi Asiya ölkələri də öz problemini həll edəcək”.

Oxunma sayı 68