BMT müstəvisində Azərbaycan və Mərkəzi Asiya vahid geosiyasi məkan kimi nəzərdən keçirilir - Aydın Quliyev

11:27 27.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“BMT-nin bu proqramı Azərbaycanın, Mərkəzi Asiyanın böyük potensialına və onu birləşdirmək imkanlarına verilən qiymətdir”.

Bunu hafta.az-a siyasi ekspert Aydın Quliyev BMT-nin Mərkəzi Asiya ölkələri üçün xüsusi iqtisadi proqram çərçivəsində Zirvə görüşünün Bakıda keçirilməsinin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

Ekspert bildirib ki, Azərbaycan 25 ilə yaxındır ki, bu proqramın iştirakçısıdır və  BMT proqramı çərçivəsində Mərkəzi Asiya ölkələri ilə bağlı iqtisadi proqramlara cəlb edilməsi maraqlı, tarixi hadisədir.

“Bu, Azərbaycanın gücünə verilən qiymətdir. Bu, Azərbaycanın regional, qlobal siyasətdə mövqelərinin güclənməsi ilə bağlıdır. Azərbaycanın geosiyasi mərkəz olaraq Mərkəzi Asiya ölkələri ilə birləşməsi, eyni mövqedə olması olduqca əhəmiyyətlidir. Bu gün BMT müstəvisində Azərbaycan və Mərkəzi Asiya vahid bir geosiyasi məkan kimi nəzərdən keçirilir. Bu əslində Azərbaycanın özünün yaratdığı reallıqların nəticəsi kimi dəyərləndirilməlidir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ikitərəfli, çoxtərəfli əməkdaşlıq əlaqələri var. Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri ilə İslam Əməkdaşlıq Təşlilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq çərçivəsində müsbət münasibətlərə malikdir”.

A.Quliyev eyni zamanda qeyd edib ki, BMT bu proqramı qəbul edənə qədər Azərbaycan artıq TRASEKA proqramının həyata keçirilməsi üçün öz  iradəsini və təşəbbüsünü ortaya qoyub. Belə ki, bu proqram Azərbaycanın üzərindən Avropa Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq proqramı kimi nəzərdə tutulur.

A.Quliyev qeyd edib ki, eləcə də Xəzər dənizi Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi məkan kimi birləşdirilməsində əsas rol oynayır.

“Azərbaycan Xəzər dənizinin xüsusi statusunun müəyyən olunmasında misilsiz xidmət göstərib. Xəzər Dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi Xəzərdə bütün mübahisələrə son qoyulması, Mərkəzi Asiya və Qafqazın, eləcə də Azərbaycanın əlaqələndirilməsində olduqca mühüm rol oynadı”.

Oxunma sayı 66