Bölgələrdə bir gündə 3 aylıq norma yağıntı düşüb - Umayra Tağıyeva

11:21 18.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il ölkəmiz ən çox sel, daşqın hadisələri ilə üzləşib. Ölkə miqyasında 140-dan çox hadisə baş verib.

Hafta.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bitki mühafizəsi ilə bağlı keçirilən regional tədbirdə deyib.

O bildirib ki, iqlim dəyişikliyi özünü böyük təzadlarla göstərməkdədir: "Bəzi bölgələrdə bir gündə 3 aylıq norma yağıntı düşdüyü halda, 28-35 rayonda isə normanın heç 11 faizi də müşahidə olunmur".