Brüsseldə nəzərə çarpaçaq razılaşmalar əldə edildi -Hikmət Babaoğlu

17:17 23.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla 5 saatdan artıq davam edən görüşü bundan öncəki təmaslarda əldə edilmiş razılaşmaların təkmilləşdirilməsi və icrasının sürətləndirilməsi kimi qiymətləndirilsə də, maraqlı məqam nəhayət Ermənistanın sülhə gətirilməsi prosesində Brüsselin nə dərəcədə əhəmiyyətli rol almasıdır.Brüsseldə baş tutan üçtərəfli görüşdə əldə olunan razılaşmaların mahiyyəti nə dərəcədə realdır?

Milli Məclisin deputatı Hikmət Babaoğlu hafta.az-a şərhində bildirib ki, Brüssel görüşü Azərbaycanla Ermənistan arasında bu vaxta qədər aparılan  mümkün sülh danışıqları prosesinin yeni bir mərhələsi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Paşinyanın Azərbaycanın irəli sürdüyü beş baza prinsipi  çərçivəsində sülh danışıqlarını qəbul etməsi ilə bağlı şifahi və tərddüdlü bəyanataından sonra məhz elə həmin baza prinsipləri əsasında  Brüsseldə nəzərə çarpaçaq razılaşmalar  əldə  edildi.

H.Babaoğlu hesab edir ki, ilk növbədə qeyd etmək lazımdır ki, görüşə damğasını vuran məsələlər təkcə müzakirə edilən deyil, həm də müzakirə edilməyən məsələlər oldu.

“Məsələn, erməni tərəfinin bütün israrlarına baxmayaraq heç bir status məsələsi gündəmə daxil edilməmişdi. İkincisi, Azərbaycanın müəyyən etdiyi diplomatik leksikondan kənar heç bir ifadə işlədilmədi. Sadəcə Azərbaycanda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizlik məsələlərinə toxunuldu. Bunula da hər iki mövzuda ermənilərin israrla nəyəsə nail olmaq cədlərinə birdəfəlik son qoyuldu. Görünür yalnız bu həqiqətləri Paşinyan yeni reallıq kimi dərk etdiyinə görə dərhal bir neçə istiqamət üzrə mövqelərdə yaxınlaşma oldu. Bu yaxınlaşmalar  ilk növbədə sərhədlərin delimitasiya və demarkasiyası üzrə yaxın günlərdə komissiyaların görüşməsi istiqamətində baş verdi”.

H.Babaoğlu hesab edir ki, mümkün sülh prosesi üçün ilk növbədə sərhədlərin qarşılıqlı şəkildə tanınması prioritetdir.

“İkncisi, kommunikasiyaların açılması və iqtisadi əlaqlərin bərpası istiqaməti üzrə baş nazirlərin müavinləri səviyyəsində görüşün olması ilə bağlı razılığın əldə edilməsi də vacib məsələdir. Burada bir çox istiqamətlər kompleks olaraq nəzərdən keçiriləcək. Elə bu blokda ən əsas  məsələrdən biri də gömrük qaydlarının müəyyənləşdirilməsi üzrə razılaşmanın əldə edilməsidir. Əslində danışıqların irəliyə doğru getməsinə mane  olan əsas məsələlərdən biri bu idi. Çünki bu mövzu Laçın dəhlizi və Zəngəzur dəhlizi üzrə paralellik  təşkiletmə baxımından aktual idi. Digər mühüm blok humanitar  blok idi ki, burada da minaların xəritələrinin verilməsi, erməni terrorçularının qaytarılması və birinci Qarabağ savaşında itikin düşmüş 4 minədək Azərbaycan vətəndaşının taleyi məsələsi idi ki, beş saatlıq  görüşdə bu da müzakirə edildi”.

H.Babaoğlu bildirib ki, xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşməsi ilə bağlı razılaşma ondan xəbər verir ki, bu, artıq yuxarıda dediyimiz mövzularda müəyyən nəticələrin əldə edilməsindən sonra baş tutacaq.

“Bu da özlüyündə  iyul-avqust aylarında Brüssel formatında yenidən liderlərin görüşü üçün zəmin yarada biləcək. Ona görə də Brüssel görüşlərinin 3-cü raundunu ən məhsuldar raund kimi qiymətləndirmək mümkündür” .

Oxunma sayı 65