Bu, Azərbaycanı bir danışıq məkanı kimi qəbul etdiklərindən xəbər verir - Natiq Cəfərli

14:53 11.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransının (COP 29) Azərbaycanda keçirilməsi məsələsi gündəmdədir. COP29 Konfransının Azərbaycanda keçirilməsinin region, eləcə də ölkəmiz üçün əhəmiyyəti nədir?

Bu istiqamətdə hafta.az-a açıqlama verən siyasi ekspert Natiq Cəfərli bildirib ki, bu, ölkənin beynəlxalq nüfuzuna müsbət təsir göstərən amildir.

Ekspert eyni zamanda qeyd edib ki, dünyada ən çox müzakirə olunan məsələlərdən biri iqlim dəyişikliyi və yeni enerji siyasətinə keçiddir. Bərpa olunan və yaşıl enerjiyə keçid bəşəriyyət qarşısında duran əsas vəzifələrdən biridir və təbii ki, Azərbaycanın belə bir mötəbər toplantıya ev sahibliyi etməsi müsbət anlamda Azərbaycanın beynəlxalq siyasətdə tutduğu yeri möhkəmləndirən amilə çevirəcək.

N.Cəfərli bildirib ki, hətta bir-birinə rəqib ölkələr belə, Azərbaycanı beynəlxalq müzakirə platforması kimi qəbul edirlər.

“Bu çox yaxşı haldır. Qərb ölkələrinin, Rusiyanın bu qərarı dəstəkləməsi Azərbaycanı bir danışıq məkanı kimi qəbul etdiklərindən xəbər verir”.