Bu ərazilərdə qaz kəsiləcək

10:54 20.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lökbatanın qaz təchizatında fasilə yaranacaq.

Hafta.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, "Lökbatan” QPS-də (Qaz Paylayıcı Stansiya) və “Lökbatan” QTM-də (Qaz Tənzimləyici Məntəqə - red.) görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 20 sentyabr saat 09:30-dan işlər başa çatanadək adıçəkilən QPS-dən qaz təchizatı dayandırılacaq.

 

Qeyd edilib ki, təmir aparılan müddətdə Qaradağ rayonunun Lökbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.