Bu gün Özbəkistanda növbəti prezident seçkiləri keçirilir

09:00 24.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Özbəkistanda növbəti prezident seçkiləri keçirilir.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ olan 19, 86 milyon seçicinin adı salınıb. Ölkədə 14 dairə seçki komissiyası, 10 760 seçki məntəqəsi fəaliyyət göstərir.

Hafta.az xəbər verir ki, prezident postu uğrunda mübarizəyə Özbəkistan Liberal-Demokrat Partiyasından indiki Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekoloji Partiyadan Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova qatılıblar.

Özbəkistanda prezident 5 il müddətinə seçilir.

Oxunma sayı 22