Bu gün YAP iclas keçirəcək

09:38 15.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

 

Hafta.az xəbər verir ki, İdarə Heyətinin genişləndirilmiş iclası saat 10:00-da başlayacaq.

 

Heydər Əliyev Mərkəzində keçiriləcək iclasda partiyanın növbədənkənar prezident seçkilərində namizədi irəli sürüləcək.

 

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

 

Bir neçə gün öncə YAP sədrinin müavini Tahir Budaqov bildirib ki, hakim partiyanın 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.