Bu il hər biri 1 milyard dollardan çox ziyan vuran 23 fəlakət baş verib

12:30 14.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu il ABŞ hər biri 1 milyard dollardan çox ziyana səbəb olan böyük fəlakətlər üzrə rekord qırıb. Belə ki, 2020-ci ildə Birləşmiş Ştatlarda 22 böyük fəlakət baş verib. 2023-cü ildə ilin sonuna 3,5 ay qalmasına baxmayaraq artıq indiyədək 23 böyük fəlakət baş verib.

Hafta.az-ın yazır ki, ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) hər il ölkənin böyük səth sahəsinə görə baş verən hər bir təbii hadisə yerinə, 1 milyard dolları keçən böyük fəlakətləri siyahıya alır. NOAA rəsmiləri avqust ayında Havayda baş verən yanğınların və Florida ştatını vuran İdalia qasırğasının iqtisadi zərərini müəyyən etdikdən sonra builki “böyük fəlakətlər” siyahısını yeniləyiblər. Bu iki fəlakətdən sonra 2023-cü ildə “böyük fəlakətlərin” sayı 23-ə yüksəlib. Bu günə qədər rekord 22 ilə 2020-ci ilə aiddir. Üstəlik, NOAA rəsmiləri Qərb Sahilini vuran Hilary Tropik Qasırğası və mərkəzi hissəni vuran quraqlıq hallarını araşdırdıqca siyahı böyüyə bilər.

Bu iki təbii fəlakətdə 1 milyard dollardan çox zərər aşkar edilərsə, sentyabrın sonuna qədər siyahıdakı fəlakətlərin sayı 25-ə yüksələ bilər. Təbii fəlakətlərin bu il ABŞ-a 57,6 milyard dollar ziyan vurduğunu ifadə edən NOAA-dan Adam Smit bu siyahını “iqlim dəyişikliyinin danılmaz barmaq izləri” olaraq xarakterizə edib.

NOAA 1980-ci ildən bəri hər il böyük fəlakətlərin siyahısını dərc edir. İqlim dəyişikliyinin yaratdığı böhran rəqəmlərlə də yayımlanır: 1980-2022-ci illər arasında hər il böyük fəlakətlərin orta sayı 8,1 olduğu halda, bu rəqəm 2018-2022-ci illər arasında 18,0 idi. NOAA qeydlərinə görə, 2023-cü il ən çox təbii fəlakətlərin yaşandığı il olsa da, "ən çox maliyyə zərərinin yaşandığı il" deyil. Çünki 2017-ci ildə Harvey, İrma və Mariya qasırğaları zamanı ölkəyə 383,7 milyard dollar ziyan dəyib.