Bu matçın Xankəndidə keçirilməsinin çox böyük mənası var - Prezident 

13:48 21.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu futbol matçının (“Qarabağ” – MOİK oyunu – Red.) Xankəndidə keçirilməsinin çox böyük mənası var.

Hafta.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.

 

Dövlət başçısı qeyd edib ki, Xankəndi qədim Azərbaycan diyarıdır:

 

"Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır".