Bu ölkədə 3 ayda 10 min qadın ZORLANIB

16:18 28.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cənubi Afrikadakı bir keşiş, 5 nəfərə qarşı təcavüz və cinsi istismara yol verdiyi üçün 37 il həbs cəzasına məhkum edilib.

Hafta.az news 24-ə istinadla xəöər verir ki, Prokurorluq 48 yaşlı pastor William Emeka qurbanlarına problem yaşadıqlarını və onları "xeyir-dua" ilə müalicə edəcəyini söyləyərək aldadıb.

19 dəfə təcavüzə və 3 dəfə cinsi zorlamaya məruz qalan qurbanlardan birinin vəziyyəti başına gələnləri başqa bir keşişə söyləməsi ilə üzə çıxıb.

Pastor Emeka məhkəmədə cinayətlərini rədd edib. Saxta yaşayış icazəsi ilə ölkədə qalan Konqo əsilli Emeka 2018 -ci ildə saxlanılıb.

Sentyabr ayında, Cənubi Afrikada yaşayan 50 yaşındakı bir keşiş, kilsədə uşaqlara qarşı cinsi istismara görə ömürlük həbs cəzasına məhkum edildi.

Cənubi Afrika polisi, aprel, may və iyun aylarında ölkədə 10 mindən çox qadına təcavüz edildiyini açıqladı.