Ceyhun Bayramov Mövlud Çavuşoğluyla telefonla danışıb

14:30 22.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

22 may 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiye Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, XİN başçıları ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional vəziyyət, o cümlədən Ukrayna ilə bağlı məsələlər müzakirə edilib.