Cinayət Məcəlləsindən bir sıra maddələr çıxarılmalıdır - Tahir Kərimli

12:12 26.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Cinayət Məcəlləsində hədsiz lazımsız maddələr var. Bu maddələr prokurorluq, istintaq orqanları, polis işçilərinin vaxtını əhəmiyyətsiz dərəcədə alır, vaxt itkisinə səbəb olur.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Tahir Kərimli bildirib.

Deputat qeyd edib ki, Cinayət Məcəlləsində bir sıra dəyişikliklər edilsə də, hələ də bir çox maddələrin ləğvinə ehtiyac var.

“Məsələn, Cinayət Məcəlləsinin 234-cü maddəsi, yəni satış məqsədi olmadan psixatrop,narkotik maddələrin daşınması və istifadəsinə görə 1 ildən 3 ilə qədər həbs cəzası verilir. Belə insanlar həbsxanaya deyil, məcburi müalicəyə göndərilməlidir”.

T.Kərimli bildirib ki, bir sıra dövlətlərdə bu cinayət deyil. O, eləcə də CM-nin 128 maddəsini- qəsdən sağlamlığa yüngül xəsarət yetirilməyə görə cinayət məsuliyyətinə alınmanı yanlış hesab edib. Onun fikrincə, Cinayət Məcəlləsində belə lazımsız maddələr çoxdur. Belə maddələr insanları yersiz cinayətkara çevirməsin deyə, çıxarılmalıdır.