Yazını böyüt
Yazını kiçilt
Bu gün Çinin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Yan Venbin Azərbaycan səfirliyini ziyarət edib.

Hafta.az-ın yazdığına görə, fəxri qonaq Səfirliyin yaxınlığındakı meydanda ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüb.

Səfirlikdə keçirilən görüşdə çinli diplomat, Ümummilli lideri Heydər Əliyevin bugünkü Azərbaycanın qurulmasındakı oynadığı misilsiz roldan böyük məmnuniyyətlə söhbət açıb. O, həmçinin ölkəmizin regionda çox vacib rol oynadığını vurğulayaraq, Azərbaycanla Çin arasında münasibətlərin yüksək səviyyədə olmasından razılıq edib.