Daşkənddə Qlobal Parlamentlərarası Əməkdaşlıq Forumu keçirilib

10:34 01.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Daşkənddə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində II Qlobal Parlamentlərarası Əməkdaşlıq Forumu keçirilib,

Hafta.az-ın yazdığına görə, tədbirdə Parlamentlərarası İttifaqın, ATƏT-in, MDB və türk dövlətlərinin parlament assambleyalarının rəhbərləri, xarici ölkələrdən olan aparıcı beynəlxalq ekspertlər, həmçinin BQT-lərin və gənclər parlamentlərinin nümayəndələri iştirak ediblər.

Forumu açan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva BMT-nin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün parlamentlər, hökumətlər və vətəndaş cəmiyyəti institutları arasında praktiki əməkdaşlığın qurulmasının zəruriliyinə diqqət çəkib.

“Əminliklə deyə bilərəm ki, bu siyasi forum ölkələrin əldə etdiyi nəticələrin beynəlxalq ictimaiyyətə çatdırılması, qarşılıqlı təcrübə mübadiləsi, zəruri tövsiyələrin işlənib hazırlanması və təşəbbüslərin təşviqi üçün mühüm platforma rolunu oynayır”, - deyə Tənzilə Narbayeva bildirib.

Qazaxıstan Parlamenti Senatının sədr müavini Olqa Perepeçina Qazaxıstanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə prioritet diqqət yetirdiyini qeyd edib.

“Prezident Kasım-Jomart Tokayevin tapşırığı ilə Qazaxıstanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına nəzarət etmək üçün Qazaxıstan Respublikası Senatı sədrinin rəhbərliyi altında yaradılan parlament komissiyası iyunda işə başlayıb. Bu gün mən və digər ölkələrdən olan həmkarlarım səhiyyə, təhsil, iqlim dəyişikliyi, gender bərabərliyi, məişət zorakılığı ilə mübarizə məsələlərini müzakirə edirik. Bu, müxtəlif ölkələrin parlamentariləri arasında təcrübə mübadiləsi üçün çox səmərəli platformadır”, - Olqa Perepeçina jurnalistlərə müsahibəsində vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər