Deputatın vVida mərasimi Heydər Məscidində olacaq

23:38 28.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Deputat Qənirə Paşayeva ilə vida mərasimi sabah saat 10-da Heydər Məscidində olacaq.

 

Hafta.az xəbər verir ki, bu barədə Q.Paşayevanın qardaşı Hüseyn Paşayev bildirib.

 

O qeyd edib ki, cənazə namazı qılındıqdan sonra Q.Paşayeva İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

 

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.