DSX Xəzərdə taktiki təlimlər keçirib - VİDEO

12:24 16.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabr ayının 13-dən 15-dək “Xəzər dənizində Azərbaycan Respublikasının dəniz infrastrukturuna yönəlmiş terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirilməklə təxribat qruplarının zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda taktiki təlim keçirilib.

Dövlət Sərhəd Xidmətindən (DSX) hafta.az-a verilən məlumata görə, taktiki təlimdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin müasir naviqasiya və radiotexniki avadan­lıqlarla, silah sistemləri ilə təchiz edilmiş sərhəd gözətçi gəmi­ləri, DSX-nin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopterləri, pilotsuz uçuş aparatları, kütləvi qırğın silahlarının və onların komponentlərinin aşkarlanması və müəy­yən­ləşdirilməsi üzrə xüsusi avadanlıqlar, dəniz kampaniyasına yeni qəbul edilmiş müşahidə, aşkaretmə təyinatlı sualtı aparatlar, yerüstü və dəniz əməliyyat­larında tətbiq üçün itisürətli amfi­biya qayıqlar istifadə olunmuşdur.

Üç mərhələdə yeddi taktiki epizod üzrə keçirilən təlimdə neft-qazçıxarma rayonlarının, platformaların, boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Xüsusi Hava Əməliyyatları Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraitə keçirilməsi, enerji infrastrukturlarının mühafizəsi üzrə birgə sərhəd-axtarış əməliyyatlarının aparıl­ması, enerji infrastruk­turlarının mühafizəsi zamanı suüstü və sualtı hədəflərin aşkarlanması və məhv еdil­məsi, sahildə və dənizdə aşkarlanmış təxribat qruplarının zərərsizləşdirilməsi, saxla­nıl­mış gəmiyə əsaslı baxışların keçirilməsi kimi təlim tapşırıqları uğurla icra olun­muşdur.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin raket komplekslərindən, həmçinin zenit-artilleriya qurğularından dəniz və sahil hədəflərinə qarşı döyüş atışları müvəffəqiyyətlə həyata keçirilmiş, neft-qaz infrastrukturu istiqamə­tində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi, kütləvi qırğın silahlarının komponentlərinin müəyyənləşdirilməsi elementləri yüksək dəqiqliklə icra olunmuşdur.

Təlimdə qarşıya qoyulan vəzifələr tam həcmdə yerinə yetirilmiş, şəxsi heyət möh­kəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti təbrik edmiş, Xəzər dənizində dövlət sərhədinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükə­sizliyinin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən olduğunu vurğulamış, dənizdə sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması üzrə tapşırıqlar vermişdir.

Oxunma sayı 26
Siyasət rubrikasından digər xəbərlər