İnsanların yaratdığı qlobal istiləşmə növbəti əsrdə 1 milyard insanın ölümünə səbəb ola bilər. Bu qənaətə Qərbi Ontario Universitetinin kanadalı alimləri gəlib. Araşdırma "Energies" elmi jurnalında dərc olunub.
Mütəxəssislərin təxminləri əvvəlki hesablamalara əsaslanır və bu hesablamalara əsasən, qalıq yanacaqların yandırılması nəticəsində hər 1000 istixana emissiyası bir vaxtından əvvəl ölümə səbəb olacaq.
Vaşinqton Universitetinin amerikalı alimlərinin son proqnozuna görə, 2200-cü ilə qədər dünya əhalisinin sayı 10,4 milyard nəfərə çatacaq. Beləliklə, növbəti əsrdə istixana emissiyaları ilə bağlı ehtimal olunan itkilər o vaxta qədər ümumi insan əhalisinin təxminən 10%-ni təşkil edəcək.
Tədqiqatçılar deyirlər ki, qaranlıq ssenarinin qarşısını sənaye, kənd təsərrüfatı və nəqliyyatda enerjiyə qənaət və enerji səmərəliliyinin artırılması ilə almaq olar. Mütəxəssislər həmçinin mədən karbohidrogenlərindən hidrogen, bioyanacaq və bərpa olunan enerji mənbələri də daxil olmaqla daha “yaşıl” enerji resurslarına tədricən keçidi təklif edirlər.